Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Baş bankirdən manatla bağlı - Mühüm açıqlama

Media24.az      11 Aprel , 12:19
Baş bankirdən manatla bağlı - <font color=red>Mühüm açıqlama</font>

Ölkəmizdə makroiqtisadi sabitlik mövcuddur. Onun çox ciddi iqtisadi dayaqları var. Ölkənin xarici balansına əsaslanıb deyə bilərəm ki, tədiyyə balansı pozitiv zonadadır. İlin əvvəlindən ölkənin valyuta ehtiyatları artıb.

 

Bunu Azvision.az-a açıqlamasında Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirib. Manatın zəifləyəcəyi ilə bağlı yayılam məlumatlara münasibət bildirən baş bankir bunun real olmadığını vurğulayıb.

 

"Əsas ixrac potensialı olan neftin qiyməti sabit olaraq qalır. Ötən ilin müvafiq dövrünə nisbətən 25 faiz yuxarıdır. Ölkədə qeyri-neft ixracı artıb, turizm inkişaf edir və turizmdən əldə olunan valyuta gəlirləri artıb. Ölkədə iqtisadi fəallıq yüksəlib. Bu makroiqtisadi mənzərədən görünür ki, devalvasiyadan, manatın zəifləməsindən söhbət gedə bilməz. Bunun üçün ciddi arqument yoxdur. Əsas xarici ticarət tərəfdaşlarımızda izləyirik ki, onların valyuta məzənnələrində olan dəyişikliklər psixoloji olaraq 0,2 0,3 faiz dərəcəsində nağd valyuta müəyyən valatelik yarada bilir. Amma bu ciddi bir şey deyil".

 

E.Rüstəmov qeyd edib ki, qəsmi məzənnə sabitdir: "Biz bankların bütün tələbatlarını ödəyirik. Ölkəyə kifayət qədər nağd valyuta gətirilib. İstənilən tələbatı ödəməyə hazırıq. Bunu edirik və edəcəyik. Heç bir tərəddüd üçün əsas yoxdur. Ümumi iqtisadiyyat sabitdir. Milli valyutamızın da sabitliyi bu gün çox möhkəm makroiqtisadi dayaqlar üzərindədir. Hamını sakitliyə çağırırram. Biz arzu edirik ki, qonşu ölkələrimizdə də bundan sonra hər şey qaydasına düşəcək", - deyə ölkənin baç bankiri söyləyib.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla