Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Həcmi 200 milyon manat olan notlar hərraca çıxarılır

Media24.az      11 Aprel , 09:10
Həcmi 200 milyon manat olan notlar hərraca çıxarılır

Aprelin 12-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının həcmi 200 milyon manat olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

 

Media24.Az xəbər verir ki, BFB-dən Trend-ə verilən məlumata görə, hərraca çıxarılan 2 milyona yaxın notların hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar 2018-ci il mayın 10-da ödəniləcək.

 

Qısamüddətli notlar pul kütləsinin dövriyyəsi üçün maliyyə-kredit siyasətinin əsas aləti sayılır. Notları ancaq banklar ala bilər.

 

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən artıq olmamalıdır - 1 rəqabətli və 1 qeyri-rəqabətli.

 

Qeyd edək ki, dolların aprelin 11-ə olan kursu 1,70 AZN-dir.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla