Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Məzahir Pənahovdan prezident seçkiləri ilə bağlı şok AÇIQLAMA

Media24.az      9 Aprel , 15:25

Azərbaycanda prezident seçkilərinə müdaxilə cəhdlərinin olmadığını demək sadəlövhlük olardı.

 

Media24.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov RİA Novosti-yə müsahibəsində deyib.

 

M.Pənahov qeyd edib: "Müdaxilə cəhdlərinin olmadığını söyləmək, yumşaq desək, sadəlövhlük kimi çıxardı. Böyük təəssüflə təsdiq edirik ki, müdaxilə cəhdləri, arzuları müasir dünyanın reallığına çevrilib".

 

MSK sədrinin sözlərinə görə, ötən illərdə belə cəhdlər uğursuzluğa düçar olub, belə ki, onların ciddi amil olan sosial bazası mövcud deyil:

 

"Seçkiqabağı kampaniya zamanı ciddi pozuntular qeydə alınmayıb".

 

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla