Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

“Qətərli investor 600 milyon dollar təklif etdi, Telman satmadı...”

Media24.az      17 Mart , 20:44
“Qətərli investor 600 milyon dollar təklif etdi, Telman satmadı...”

Hazırda axtarışda olan keçmiş azərbaycanlı milyarder-oliqarx Telman İsmayılovun Antalyadakı "Mardan Palace" otelinin nümayəndəsi obyektin "Rixos Group"a satılacağı haqda xəbərləri "şaiyə" adlandırıb.

 

Media24.Az virtualaz.org-a istinadən bildirir ki, mənbə bu haqda TourDom.ru portalına bildirib.

 

Telman İsmayılovun otelinin "Rixos Group"un sahibi olan türkiyəli iş adamı, əvvəllər Fətullah Gülən camaatına mənsub olmuş Fəttah Temincəyə satılması üçün danışıqlar getdiyi barədə bundan əvvəl Türkiyə mənbələri xəbər yaymışdı. Bildirilirdi ki, danışıqların nəticələri gələn həftə açıqnana bilər.

 

Mənbə deyib ki, "Rixos Group"un "Mardan Palace" otelinə maraq göstərməsi doğrudur, amma bunlar hələ söz-söhbət səviyyəsindədir. Və sövdələşmənin baş tutması ehtimalı azdır. "Rixos şəbəkəsi hazırda çətin ki, "Mardan Palace" otelini almaq üçün lazım olan vəsaiti tapa. Şəbəkənin müxtəlif ölkələrdə tikintisi davam edən otelləri var, onlar yarımçıqdır və maliyyə tələb edir. Hazırda "Mardan Palace" 400 milyon dollar səviyyəsində qiymətləndirilir. Əvvəl Qətərdən olan iri investor 600 milyon dollara almaq istədi, Telman İsmayılov razılaşmadı"-mənbə deyib.

Mənbənin bildirdiyinə görə otelin "Rixos Group" və ya digər şirkət tərəfindən icarəyə götürülməsi daha ağlabatandır. Lakin bu da yaxın vaxtlarda baş tutmayacaq. Çünki otel restavrasiya tələb edir, hovuzu, kondisioner sistemi və s. təmir edilməlidir. Buna da iki-üç ay vaxt lazımdır. Yəni qarşıdakı yaz-yay mövsümündə otel bağlı olacaq, deməli onu icarəyə götürməyin mənası yoxdur.

 

Otel boş qaldığına görə borcları da artacaq. Situasiya ona görə mürəkkəbdir ki, Telman İsmayılov oteli tam satmaq istəmir, amma işlətməyə də pulu yoxdur.

 

Bundan əvvəl otelin üzərinə Türkiyənin "Halk Bank"ına olan kredit borcuna görə həbs qoyulmuşdu. T.İsmayılov otelə 1.4 milyard dollar xərcləyib.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla