Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Eyni ailənin üzvü olan azərbaycanlı məşhurlar - SİYAHI

Media24.az      17 Mart , 16:46

Eyni ailənin üzvü olan məşhurlar çoxdur. Bəziləri Qarabağ döyüşlərində göstərdikləri qəhrəmanlıqlara, bəziləri incəsənət və ya digər sahədə əldə etdikləri uğurlara görə məşhurlaşıblar, hörmət qazanıblar. Xüsusilə incəsənət aləmində məşhurlaşmaqda bir-birlərinə dəstək olan eyni ailənin üzvləri az deyil. Yeniavaz.com saytı həmin məşhurları təqdim edir.

Картинки по запросу şəhid 3 qardaş

Qarabağ müharibəsində şəhid olan 3 qardaş - Azərbaycanımızın fəxrləri. Söhbət Aslanov qardaşlarından gedir. Qardaşlardan biri - Xəqani Aslanov Xocalı uğrunda gedən döyüşlərdə şəhid olub. Digər iki qardaş - Hasil və Vidadi Aslanov 1993-cü ilin 23 iyulda Ağdam rayonunun Şelli kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Bu qardaşların digəri - Sabiq Aslanov Ağdamda yaralanıb, hazırda Rusiyada yaşayır.

Eyni ailənin üzvü olan digər məşhurlara Milli Qəhrəman Çingiz Mustafayev və qardaşı, hazırda fəaliyyəti dayandırılan ANS telekanalının rəhbəri Vahid Mustafayevi də misal göstərmək olar.

"Planet Parni iz Baku" KVN Teatrının aktyorları Cabir və Tahir İmanov qardaşları da bu gün sevilən məşhurlardandır. Hər iki qardaş Azərbaycanın əməkdar artistidir.

Картинки по запросу gülyaz və gülyanaq məmmədova

Xalq mahnılarının sevilən ifaçıları Gülyaz və Gülyanaq bacıları. Onlar uzun illərdir sənətdə bir yerdədirlər və hər ikisi xalq artistidir.

Картинки по запросу brilliant dadaşova bacısı

Məşhur ifaçı bacılardan söz düşəndə Biriliyant Dadaşova və bacısı Lalə Dadaşovanı xatırlamamaq olmur. Briliyant Dadaşova kifayət qədər sevilir və xalq artisti adına layiq görülüb, ancaq Lalə Dadaşova barədə eyni sözləri demək mümkün deyil.

Картинки по запросу azəri qızı tunar

Tanınmış müğənni Azəri qızı Günel və müğənni Tunar bacı-qardaşdılar.

Картинки по запросу sevil sevinc

Sevilən müğənnilər - Sevil və Sevinc bacıları isə əkizdirlər.

Картинки по запросу intiqam ehtiram

Tanınmış meyxanaçılar İntiqam və Ehtiram qardaşdırlar.

Картинки по запросу ilqar mikayıloğlu gülər əhmədova

Sabiq millət vəkili Gülər Əhmədova və tanınmış teleaparıcı İlqar Mikayıloğlu bacı-qardaşdırlar.

Картинки по запросу zərdüşt araz

Tanınmış politoloq Zərdüşt Əlizadə və deputat Araz Əlizadə qardaşdılar. Ancaq mətbuatda yayılan məlumata görə, onlar küsülüdürlər.

Картинки по запросу qubad vüqar

Tanınmış iqtisadçılar - Qubad İbadoğlu və Vüqar Bayramov qardaşdırlar.

Картинки по запросу fədayə ilahə

Müğənni Fədayə Laçın və müğənni İlahə Fəda bacıdırlar.

Картинки по запросу qubalı qardaşlar

Azərbaycanı dünyada tanıdan məşhur pəhləvanlar - Laçın və Hüseyn də qardaşdırlar. Onlardan birinin 30, digərinin 33 yaşı var.

Картинки по запросу Şəhriyar Zeynəb Məmmədyarova

Məmmədyarovlar ailəsi Azərbaycanda yeganə şahmat ailəsidir ki, üç Beynəlxalq qrossmeysterdən ibarətdir: Şəhriyar Məmmədyarov, böyük bacısı Zeynəb Məmmədyarova və kiçik bacısı Türkan Məmmədyarova.

Картинки по запросу Kərim Diniyev Coşqun Diniyev

Azərbaycanın tanınmış futbolçusu Kərim Diniyev və Coşqun Diniyev qardaşdırlar. Onlar məşhur məşqçi Şahin Diniyevin övladlarıdır.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla