Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Qəssablara bəd xəbər

Media24.az      17 Mart , 13:42

“Bakı və paytaxtın ətrafında bölgələr üzrə əhali və təsərrüfat sayına görə kəsim məntəqələri açılacaq”.

 

Media24.Az APA-ya istinadən xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirilən “Media və təhlükəsiz qida” mövzusundakı brifinqdə deyib.

 

Onun sözlərinə görə, ölkə ərazisində qanunsuz ət kəsiminin qarşısını almaq məqsədi ilə layihənin hazırlanması istiqamətində iş gedir və yaxın gələcəkdə layihə aidiyyatı qurumlara göndəriləcək.

 

O, qeyd edib ki, qanunsuz ət kəsimi məsələsi ilə əlaqədar ölkə ərazisində monitorinq keçirilib: “Müşahidələr zamanı Azərbaycanda təxminən 111 baytarlıq sanitar-ekspertiza laboratoriyalarının olduğunu öyrəndik və onların şəraitini araşdırdıq. Hesab edirik ki, bu məsələnin qarşısı sırf inzibati qaydada həllini tapmamalıdır. Çünki, belə olduğu təqdirdə bu, müvəqqəti olacaq. Ona görə təklif etdik ki, hər bir rayonda və Bakı şəhərində ət kəsimi məntəqələri yaradılsın”.

 

Agentliyin sədri bildirib ki, artıq bununla bağlı Bakı Şəhəri İcra Hakimiyyəti və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşlər keçirilib: “Bakı kəndləri və paytaxt ətrafı regionlar üzrə əhali və təsərrüfat sayına görə kəsim məntəqələri açılacaq. Kəsim yerlərinin formaları müəyyənləşdirilir. Bu məntəqələr modul tipli və ya mobil formada ola bilər. Hazırda onların standartları müəyyənldirilib və eskizlər çəkilib”.

 

Bundan başqa, Q. Təhməzli bildirib ki, Bakıya iri və xırda buynuzlu heyvanların gətirilməsi qadağan olunacaq:” Paytaxtın ətraf qəsəbələrində isə ancaq iri buynuzlu müvafiq heyvanları təsərrüfatda saxlamaq üçün icazə veriləcək. Gələcəkdə qurban bayramı ərəfəsində küçələrdə ət kəsimi olmayacaq”.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla