Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

"CinemaPlus" kinoteatrında "Güc sahibi" filminin qala-gecəsi keçirilib - FOTOLAR

Media24.az      14 Mart , 15:29

Gənclik Mall TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında mistika, triller janrında olan "Güc sahibi" Azərbaycan filminin qala-gecəsi keçirilib.

 

Filmin galasında, filmdə rol alan aktyorlar, tanınmış incəsənət nümayəndələri, qonaqlar və media nümayəndələri iştirak ediblər.

 

Nərgiz Mahmudzadə filmin rejissoru, ssenari müəllifi və eyni zamanda baş qəhrəmanıdır.

 

Baş rollarda Nərgiz Mahmudzadə, İlqar Musayev, Gülşən Hüseynli, Mehin Hümbətova və Sənan Əlləz.

 

Qısaca film haqqında: Film üç uşaqlıq dostundan bəhs edir. Dostlar Amerikadan gələn qız dostlarına ev kirayələyirlər. Ev kənardan adi görünsə də qonşu evdə qəribə hadisələr baş verir. Bir gün dostun ad günü düzənlənir və həmin bir əyləncə gecəsində çox şeylər məlum olur. Əsas hadisələr isə ad günündən sonra cərəyan edir…

 

Film martın 15-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

 

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla