Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Salyanda ağır qəza: 2 ölü, 2 yaralı var -VİDEO

Media24.az      13 Mart , 21:26

Salyanda yüksək sürət qəzaya səbəb olub. 2 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Şirvan şəhərində isə mikroavtobusla yük maşını toqquşub, 15 nəfər xəsarət alıb.

 

Salyanda baş verən avtomobil qəzada 2 nəfər dünyasını dəyişib. Hadisə rayonun Peyk kəndində baş verib.

 

Media24.Az xezerxeber.az-a istinadən bildirir ki, 2 avtomobilin toqquşması nəticəsində 50 yaşlı Kəklik Şirəliyeva və onun oğlu, 31 yaşlı Ruslan Şirəliyev hadisə yerində dünyasını dəyişib. Qəza zamanı 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə gəlmiş xilsaetmə qurupunun əməkdaşları tərəfindən yaralılar və dünyasını dəyişənlər deformasiyaya uğramış avtomobildən çıxarılıblar. Yaralanan 57 yaşlı Şərifə Kərimova və 35 yaşlı Pərviz Qaraxanov Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

 

Şirvan şəhərində isə mikroavtobusla yük maşını toqquşub. hadisə istixanada işləyən qadınlar səhər mikroavtobusla işə gedərkən baş verib. Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla