Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Sumqayıtda yeni dəniz limani tikilir - VİDEO

Media24.az      13 Mart , 21:57

Sumqayıt şəhərində sosial infrastruktur layihələri uğurla icra olunur. Şəhərin dənizkənarı bulvar ərazisində gəmi limanının tikintisi artıq yekunlaşıb. Yaxın vaxtlarda limana səyahət üçün yeni gəmi gətiriləcək.

 

Media24.Az xezerxeber.az-a istinadən bildirir ki, Sumqayıt sakinləri gəmi ilə dəniz səyahətinə çıxa biləcəklər. Bunun üçün Dənizkənarı bulvar ərazisində yeni estakada qurulub.

 

Bu bulvarın digər parklardan fərqli olaraq çimərliyə birbaşa çıxışı var. Sahəsi 12 hektar olan çimərlik zonasında istirahət üçün hər cür şərait yaradılıb.

 

Dəniz limanının dalğalardan qorunması üçün sahilbərkitmə işləri göürülüb. Limanın əsas hissəsi 700 diametrli borulardan ibarətdir. Ərazidə istinad divarları çəkilib.

 

Yeni dəniz limanının tikilməsi sakinlərin də ürəyincə olub. Dəniz limanının tezliklə istifadəyə verilməsi nəzərdə tutulub.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla