Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Qızının bədənindəki şeytanı çıxarmaq istəyən ata onu öldürdü - O qədər təpiklədi ki... - VİDEO

Media24.az      13 Mart , 20:49

İsveçrədə bir ata-qızın həyata keçirdiyi şeytan çıxarma ayini zamanı ağır yaralanan 25 yaşlı gənc qadın daxili qanamadan sonra dünyasını dəyişib. 
 

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Vagenhausen qəsəbəsində yaşayan 50 yaşlı ata Klaus S. 25 yaşlı qızını şeytan çıxarma ayini zamanı öldürüb.

 

Orta əsrlərdəki inanclara bağlı olan ata qızının şeytan tərəfindən ələ keçirlidiyini düşünərək onu içindən qovmaq məqsədi ilə bir ayin həyata keçirib. Vanessa V. adlı qız atasının yumruq və təpik zərbələrindən sonra ölüb.

 

Qızın alman atası ilə 2 ildir tanış olduqları üzə çıxıb. Vanessa uşaqkən valideynləri ayrıldığı üçün atasız böyüyüb və anası da atasının kim olduğunu yaxın zamana qədər açıqlamağı rədd edibmiş.

 

Ayin zamanı öncə masajla başlayan şeytan çıxarma ayini sonra atanın "özündən gedib",  qızın qarnına yumruqlar vurması ilə davam edib.

Vanessanın bağırsaqlarının yırtıldığı, qara ciyərinin parçalandığı və daxili qanamadan sonra öldüyü açıqlanıb. Qatil ata: "Onu incitmək istəmədim, etdiyim hərəkət qəsdən deyildi" deyib. Qızın sevgilisi isə "Görəndə inanmadım. Vanessanın dodaqları gömgöy idi və solmuş siması gözümün qabağında" açıqlamasını edib.

 

Ata 14 il azadlıqdan məhrum edilib.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla