Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Arvadının üstünə benzin töküb yandırmaq istədi

Media24.az      13 Mart , 14:46
Arvadının üstünə benzin töküb yandırmaq istədi
Martın 12-də DİN-in "102 Zəng Mərkəz” Xidmətinə Sumqayıt şəhəri  3-cü məhəllənin ərazisində bir kişinin qadının üzərinə benzin tökərək yandırmaq istədiyi barədə məlumat daxil olub.
 
 
DİN Mətbuat Xidmətindən Media24.Az-a daxil olan məlumata görə, məlumatla əlaqədar dərhal Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları qeyd edilən ünvana gəliblər. Polis əməkdaşlarını görən həmin şəxs onlara müqavimət göstərib və benzinlə özünü də yandırmağa cəhd göstərib.
 
 
Lakin əməkdaşların çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınaraq zərərsizləşdirilib.
 
 
Saxlanılaraq ŞPİ-yə gətirilən həmin şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Köçəri Məhərrəmov olduğu, şəhər sakini M.Şirinovanı xuliqanlıq zəminində döyərək benzinlə yandırmaq istəməsi müəyyən edilib.
 
 
Faktla bağlı toplanmış materiallar Sumqayıt Şəhər Prokurorluğuna göndərilib.
Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla