Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

"Hər bir jurnalistin müraciət edəcəyi bir qurum var"

Media24.az      13 Mart , 13:59

"Düşünürəm ki, Azərbaycan jurnalistlərinin VII qurultayında bir daha bütün jurnalistlərin təmsil edildiyi bir qurum haqqında ictimaiyyətə, cəmiyyətə məlumat verildi. Göründü ki, hər bir jurnalistin istər sosial, istərsə də mənəvi cəhətdən bir müraciət ediləcək və etmək imkanı qazandığı bir qurum var".

 

Media24.Az bildirir ki, bunu SİA-ya açıqlamasında "Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini, ekspert Arzu Nağıyev deyib.

 

Onun sözlərinə görə, jurnalistlər Azərbaycan dövləti, hakimiyyəti tərəfindən dəstəklənən bir quruma malikdir: "Bundan başqa məramından, əqidəsindən, məsləkindən asılı olmayaraq bütün jurnalistlərin dəvət edildiyi və öz fikirlərini bildirmək istədikləri bir qurum var. Eləcə də hiss olundu ki, peşəkarların toplandığı və hər zaman öz peşəsini yüksək səviyyədə layiqincə yerinə yetirməyi bacaran bir qurumda birləşmək imkanı yarandı. Həm də məlum məsələdir ki, Azərbaycan jurnalistlərinin VII qurultayında son vaxtlar görülən işlərin hesabat məruzəsi dinlənildi. Yəni bütün istiqamətlərdə - sosial, mənəvi, mədəni, peşəkar və s. hesabatlar verildi. Bir daha jurnalistlərin məhz Mətbuat Şurası qismində özünü tapa biləcək bir məkan müəyyən edildi. Azərbaycan jurnalistlərinin VII qurultayında əsas məram və məqsəd bundan ibarət idi".

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla