Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Qadını zorlayıb öldürən, daha sonra meyiti zorlayan dostların şok etirafları - Bakıda dəhşət

Media24.az      13 Mart , 11:00

Bakıda qadını zorlayaraq öldürüb daha sonra meyiti zorlayan dostların istintaqı başa çatıb.

 

Media24.Az-ın yenicag.az-a istinadən verdiyi məlumata görə, sözügedən qətl hadisəsi ötən ilin aprelin 30-da Səbail rayon Neftçilər prospektində yerləşən mənzildə baş verib. Həmin mənzildə Rusiya vətəndaşı Samir Zenyukov tanışı Dmitri Razumnıy ilə birgə yaşayıb. Onlar qadın tanışları Yelena Sandrandinovanı yaşadıqları mənzilə gətiriblər.

 

Qadını döyüb və sonra təcavüz ediblər. Qadın bu səbəbdən ölüb. Daha sonra özləri də bilmədən meyidlə də cinsi əlaqəda olublar. Dostlar birlikdə qadının meyitini evdən çıxarıb, həyətin küncünə qoyublar. Daha sonra qonşular Yelena Sandrandinovanın meyitini aşkarlayıblar. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Samir Zenyukov və Dmitri Razumnıy həbs edilib.

 

Onlara Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 120.2.1-ci (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə), 120.2.6-cı (zorlama ilə adam öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə adam öldürmə), 29.149.2.1-ci (bir qrup şəxslə zorlamaya cəhd), 29.149.2.4-cü (xüsusi amansızlıqla zorlamaya cəhd), 150.1-ci (sexsual xarakterli hərəkət törətmək), 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli hərəkət) maddələri ilə təqsirli biliniblər.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Dmitri Razumnıy 18 il və Samir Zenyukov isə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla