Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Açıq-saçıq geyimləri ilə gündəmdə olan aktrisa: "Mənə elə kişi lazımdır ki..."

Media24.az      12 Mart , 16:15
Açıq-saçıq geyimləri ilə gündəmdə olan aktrisa:

Hər zaman açıq-saçıq geyimləri ilə gündəmə gələn gənc aktrisa Ülfət Bəşirli erotik səhnələrə münasibətindən danışıb.

 

Media24.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən aktrisa yalnız bir şərtlə açıq-saçıq səhnələrə çəkiləcəyini bildirib:

 

“Əlbəttə, qonorarın məbləği də önəmlidir. Amma bundan da vacib olan filmin bir peşəkar tərəfindən ərsəyə gəlməsidir. Əgər həmin filmin rejissoru professional insan olarsa, onda mən də erotik səhnəyə çəkilərəm”.

Ülfət insanların “18+” filmlərə olan marağından da danışıb:

 

“Qadağa qoyulan, ayıb sayılan səhnələrə həmişə maraq güclü olur. Bizdə də elədir, tamaşaçı afişada “18+” yazısı görən kimi kinoteatra axışır”.

 

Aktrisa oynamaq arzusunda olduğu obrazlardan da danışıb:

 

“Ruhi xəstə obrazında çıxış etmək istəyirəm. Çətin xarakterdir deyə, mənə həmin rolu yaratmaq maraqlı gəlir”.

 

Aktrisa evlənərkən, onu olduğu kimi qəbul edəcək oğlana üstünlük verəcəyini deyib:

 

“Elə bir kişi lazımdır ki, məni olduğum kimi qəbul etsin, dəyişməyə çalışmasın. Bax, o cür insanla ailə quraram”.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla