Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Kiyev turnirindən 9 qızıl, 6 gümüş və 4 bürünc medal

Media24.az      25 Fevral , 20:13
Kiyev turnirindən 9 qızıl, 6 gümüş və 4 bürünc medal

Kiyev turnirindən 9 qızıl, 6 gümüş və 4 bürünc medal

 

37 ölkədən 500-dək idmançının iştirak etdiyi turnirdə yığma komandamızın üzvləri 9 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıb.

 

Media24.Az-ın Versus.az-a istinadən məlumatına görə, Yunan-Roma güləşi üzrə yığmamız turniri 4 qızıl, 2 gümüş  və 2 bürünc medalla başa vurub. Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Rafiq Hüseynov (82 kq) bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medalını qazanıb. İslam Abbasov (87 kq) və Sabah Şəriəti (130 kq) isə yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətlənib. Elvin Mürsəliyev (82 kq) və Orxan Nuriyev (97 kq) turnirin bürünc medalını qazanıb.

 

Sərbəst güləşçilərimiz ümumilikdə 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb. Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Şərif Şərifov (92 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bütün rəqiblərindən üstün olub. Hacı Əliyev (65 kq), Murtuz Müslümov (70 kq) və Cəbrayıl Həsənov (79 kq) turnirin gümüş medalına sahib olub. Bürünc medalı isə yığmamıza Əfqan Xaşalov (57 kq) qazandırıb.

 

Qadın güləşçilərimiz turnirdə 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib. Tatyana Omelçenko (62 kq) bütün rəqiblərini üstələyərək turnirin qızıl medalına sahib olub. Yalnız final görüşündə uduzan İrina Netreba (65 kq) gümüş medalla kifayətlənib. Alyona Kolesnik (57 kq) isə bürünc medal qazanıb.

 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edib.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla