Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Daşkəsəndə qadın qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən öldürüldü

Media24.az      25 Fevral , 11:18

Daşkəsəndə qadın qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən qətlə yetirilib.

 

Media24.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əhmədli kəndində baş verib.

 

Kənd sakini 1982-cü il təvəllüdlü Cəfərova Mahizər Məhəmməd qızı qeyri-rəsmi nikahda yaşadığı 1978-ci il təvəllüdlü Bəşirov Qorxmaz Şəmil oğlu tərəfindən başına küt alətlə vurularaq qətlə yetirilib. Qətli törədən şəxs hadisə yerindən qaçıb. Hazırda onun saxlanılması istiqamətində tədbirlər görülür.

 

Məlumata görə, M. Cəfərova bir neçə il əvvəl rəsmi nikahda olduğu həyat yoldaşından boşanıb, bir oğlu və bir qızı var. Oğlu orta məktəbin 9-cu sinfində oxuyur, qızı iiə ailəlidir, bir övladı var.

 

Fakt bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla