Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Azərbaycanda yeni medal təsis edildi

Media24.az      22 Fevral , 17:52

Prezident İlham Əliyev "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklikləri təsdiq edib.

 

Media24.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə"ni və "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikası medalının təsviri"ni də təsdiq edib.

 

"Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə səfərbərlik və həqiqi hərbi xidmətə çağırış işlərinin təşkilində, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində və vətənpərvərlik təbliğatında göstərdiyi xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının hərbi qulluqçuları, mülki işçiləri və digər şəxslər təltif edilirlər.

 

"Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla