Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Heydər Əliyev: “Kəsilmiş ağacların yerində tikilmiş kafe və restoranlar dağıdılmalıdır” - VİDEO

Media24.az      21 Fevral , 22:31

Bakının müxtəlif rayonlarında, xüsusilə Xətai rayonunun ərazisində ağacların kütləvi kəsimi davam edir. Ən müxtəlif bəhanələrlə icra hakimiyyəti başçıları parkları, bağları və meşəlikləri məhv edirlər... Eyni zamanda, səslərini məmurların kabinetlərinə çatdırmaq istəyən Bakı sakinlərinin etirazları eşidilməz qalır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də yaşıllıqların məhv edilməsinin qarşısını almaq istəyir. Fəqət bu dövlət qurumunun da etirazı – səhrada çığıran şəxsin hayqırtısından başqa bir şey deyil.

 

Son günlər internetdə ümummilli lider Heydər Əliyevin tarixi çıxışı fəal şəkildə yayılmaqdadır. Həmin çıxışında Heydər Əliyev Bakıda ağacların kəsilməsini “öz uşaqlarının başının kəsilməsi” adlandırmışdı.

 


O məşhur çıxışda Heydər Əliyev demişdi: “Bakıda bir ağacı əkib böyütmək bir il bir övladı böyütməyə bərabərdir. Çünki Bakıda ağac əkmək çətindir. Vaxtilə Bakıda ağaclar yox idi. İyirminci illərdə Bakıya gələn Maksim Qorkinin, Vladimir Mayakovskinin sözlərini yadınıza salın: “Bakıda cəmisi iki-üç dənə ağac gördüm”.

 

Amma biz Bakını yaşıllaşdırdıq. Küçələri, meydanları, o cümlədən, Bakıxanov, Badamdar qəsəbəsini Bakıdan hava limanına gedən yolu yaşıllaşdırdıq. “Xalqlar Dostluğu” parkını, oradakı ağacları nə əziyyətlə saldıq. Biz iməciliklər keçirirdik, hər həftədə o ağaclar iki dəfə suvarılırdı. Bu Bakı üçündür, xalq üçündür, təbiət üçündür, Bakının iqlimi üçündür. Bəs bu ağacları kəsib onları baqqalxanaya keçirənlər bu ölkəyə xəyanət etməyiblərmi? O kəsilən ağacları indi bərpa etmək çətindir. Onlar hesab edin ki, mənim balalarımın başını kəsiblər. Onlar gərək haqq-ədalət məhkəməsi qarşısında cavab versinlər. Orda gəlib baqqal dükanları salanlar, özlərinə xüsusi mülklər salanların hamısını dağıtmaq lazımdır, qovmaq lazımdır, uçurtmaq lazımdır”.

Virtualaz.org

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla