Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Qalmaqallı polis rəisi işdən çıxarıldı

Media24.az      21 Fevral , 17:36
Qalmaqallı polis rəisi işdən çıxarıldı

Daxili işlər naziri Ramil Usubovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalov tutduğu vəzifədən azad edilib. 

 

Media24.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hələ ki, onun yerinə təyinat həyata keçirilməyib. Onun işdən azad edilməsi DİN tərəfindən keçirilən xüsusi yoxlamalarla əlaqədardır. Onun işdən çıxarılmasına səbəb işdə yol verdiyi nöqsanlar olub.

 

Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsindən "Qafqazinfo"ya bildirilib ki, R. Zalov hazırda səhhəti ilə əlaqədar Bakıdadır və müalicə olunur. 

 

Qeyd edək ki, R. Zalovun bir neçə dəfə yol qəza hadisələri törətməsi barədə mətbuatda məlumatlar yayılıb. Sonuncu dəfə onun 2017-ci ilin dekabr ayında qəza törətməsi haqda mediada xəbər yayılmışdı. Xəbərə görə, Rəhim Zalov idarə etdiyi 20-YP-030 dövlət nişanlı avtomobillə işıqforun qırmızı işığında hərəkət edib və piyada zolağında yolu keçmək istəyən yeniyetmə qızın üzərindən keçib. Piyada ağır xəsarət alıb.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla