Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Dəhşətli qəzada ölənlərdən biri BDU-nun tələbəsi olub -VİDEO - FOTO

Media24.az      18 Fevral , 22:58

Bu gün səhər Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən hissəsində 2 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağir yol-nəqliyyat hadisəsi baş verib.

 

Media24.Az xezerxeber.az-a istinadən bildirir ki, Masallı sakini, 57 yaşlı Şəmsəddin Babayevin idarə etdiyi mikroavtobus hərəkətdə olarkən 57 yaşlı Bakı sakini Natiq Əliyevin idarə etdiyi avtokranla toqquşub. Qəza nəticəsində mikroavtobusun sərnişini - 17 yaşlı Şəbnəm Musayeva və 18 yaşli Asif Qardaşov aldıqları ağır xəsarətlərdən hadisə yerində keçiniblər. Daha 2 sərnişin - 50 yaşlı Gülzar Nurəliyeva və 30 yaşlı Amin Ağarəhimov Salyan Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

 

XXX

 

Xəbər verdiyimiz kimi, bu gün səhər 6 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən 38-ci km-də 2 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Media24.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qəzada ölənlərdən biri 18 yaşlı Asif Vaqif oğlu Qardaşov BDU-nin tələbəsi olub. Mərhum 1-ci kursda oxuyurmuş.

 

Bu barədə Jurnalistika fakultəsinin dekanı Əliyev Vüqar bildirib.

 

 

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla