Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Yolun kənarında cadu edilmiş qıfıl və açar tapıldı - Bakıda - VİDEO

Media24.az      18 Fevral , 22:30
Yolun kənarında cadu edilmiş qıfıl və açar tapıldı - Bakıda - VİDEO

Bu dəfə cadu üçün başqa bir üsul seçdilər. Çadu edilmiş qıfıl və açarı ənənəvi olaraq qəbiristanlığa yox, yolun kənarına atdılar.

 

Media24.Az xezerxeber.az-a istinadən bildirir ki,Sabirabad rayon sakinləri Elçin Əşrəfov və Əliəşrəf Şıxıyev Binəqədi rayonu ''Desqa'' yolu adlanan ərazidən keçən zaman yolun kənarıda sellofanın içərisində sapla bağlanmış, üzərində isə maşın açarı olan qıfıl görüblər. Onlar iddia edirlər ki, kimsə bu üsulla cadu elətdirib.
Bundan sonra hər iki şəxs sellofandakı qıfıl və açarı götürərək üzərində olan sapı açıblar.

 

Onların sözlərinə görə, bir neçə dəfədir ki, həmin ərazidə belə bir halla qarşılaşırlar. Elə buna görə də cadu edilən bu əşyaları yaxınlıqda olan gölməçənin içərisinə atıblar.
Hadisə şahidlərinin sözlərinə görə, sellofanın içərisində şakil olmayıb.

 

İlahiyyatçılar isə caduya inanan və maraq göstərən vətəndaşlara tövsiyə edirlər ki, belə xurafatdan uzaq dursunlar. Bununla yanaşı, belə bir halla qarşılaşdıqda isə həmin cadunu məlumatı olan şəxsin yanına aparmalı və həmin cadu xüsusi dualar oxunduqdan sonra yandırılmalıdır.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla