Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Şəkli yayılan döyülmüş qadın əslində kimdir? - 18+ FOTOLAR

Media24.az      18 Fevral , 20:42

Sosial şəbəkələrdə guya Salyan rayonunda yaşayan qadının əri tərəfindən döyülməsi və küçəyə atılması barədə məlumat yayılıb.

 

Əksər sosial şəbəkə istifadəçiləri məsələnin kökünü bilmədən həmin hadisəni törədən şəxs haqqında mənfi rəylər, təhqirlər yazmağa başlayıb. Hətta bu hadisəyə görə yerli polis əməkdaşlarını ciddi qınayanlar da olub.

 

İki gündür sosial şəbəkləri bürüyən həmin foto ilə bağlı Femida.az araşdırma aparıb. Məlum olur ki, Salyanda baş vermiş olay kimi təqdim olunan həmin hadisə əslində 2017-ci ilin martında Mərakeşin Kasablanka şəhərində olub. Fotoda əks olunan qadın ərinin ikinci evliliyinə etiraz etdiyi üçün bu hala salınıb.

Qeyd olunan məsələ hələ bir il öncə dünya mətbuatının gündəmini silkələmişdi.

 

1 il öncə xarici ölkədə baş verən hadisəni Azərbaycanda baş vermiş hadisə kimi təqdim edənlərin məqsədi nədir? Bu əməllərin arxasında kimlər dayanır?

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla