Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib

Media24.az      18 Fevral , 16:29
Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.

 

Media24.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı İranda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbərdən olduqca kədərləndiyini bildirib.

 

Azərbaycan Prezidenti baş vermiş faciə ilə əlaqədar İran Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Tehrandan Yasuc şəhərinə uçan "Aseman Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 60 sərnişin və 6 heyət üzvü olub.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla