Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Sarkisyan Azərbaycan dilində danışdı

Media24.az      18 Fevral , 10:53
Sarkisyan Azərbaycan dilində danışdı

Münhen Təhlükəsizlik Konfransının panel sessiyasında Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi, gənc diplomat Sədi Cəfərov Ermənistan prezidenti Serj Sarkisyana suallarla müraciət edib.

 

Media24.Az Virtualaz.org-a istinadən xəbər verir ki, erməni prezidenti nitqini tamamladıqdan sonra diplomata yaxınlaşıb və onunla Azərbaycan dilində danışıb.

 

Azərbaycan diplomatı çıxış edən S.Sarkisyana müraciət edərək qeyd edib ki, öz işğal siyasətinə görə Ermənistan bu gün bütün regional iqtisadi və nəqliyyat layihələrindən kənarda qalıb.

 

Panelin moderatoru, sualların Ermənistanın çıxış edən prezidentini pis vəziyyətdə qoya biləcəyindən ehtiyat edərək, Azərbaycan diplomatının sözünü kəsməyə çalışıb. Ancaq Sədi Cəfərov öz nitqini davam etdirib və bildirib ki, Ermənistan işğal etdiyi  ərazilərdə Azərbaycan əhalisinin etnik təmizləməsini həyata keçirib.

 

Diplomat qeyd edib ki, Qarabağ münaqişəsinin nizama salınması üçün Ermənistan işğal edilmiş əraziləri azad etməli, qaçqınlar öz evlərinə qayıtmalıdırlar və Ermənistan regional layihələrdə yalnız bundan sonra iştirak edə bilər.

 

Serj Sarkisyan birbaşa cavabdan yayınıb və Ermənistanın iqtisadi inkişafından danışmağa başlayıb, hansı ki, onun sözlərinə görə, adambaşına düşən gəlirə görə region ölkələrini qabaqlayır. Sarkisyanın məntiqinə görə, Ermənistan təcrid vəziyyətində olmasına baxmayaraq, inkişaf etməkdə davam edir.

 

Serj Sarkisyan öz çıxışını tamamladıqdan dərhal sonra Sədi Cəfərova yaxınlaşıb və Azərbaycan dilində soruşub: “Haralısan?”. Gənc diplomat cavab verib ki, Qarabağ sakinidir. Bundan sonra Sarkisyan susub və tədbirin keçirildiyi yeri tərk edib.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla