Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Tanınmış idmançı öldü - Yol qəzasına görə

Media24.az      14 Fevral , 12:31

Isparta-Afyonkarahisar avtomobil yolu üzərində meydana gələn yol qəzasında atıcılıq üzrə Türkiyənin milli idmançısı Rüveyda Gülər ilə yoldaşı həyatını itirib.

 

Media24.Az metbuat.az-a istinadən bildirir ki, Isparta- Afyonkarahisar Avtomobil Yolu üzərində nəzarətdən çıxan avtomobilin dirəyə çırpılması nəticəsində meydana gələn yol qəzasında 2 nəfər ölüb.

Verilən məlumata görə, qəza gecə saat 03.30 sıralarında meydana gəlib.

 

İddiaya görə, 32 AR 294 nömrəli avtomobil, Ballada Qovşağında sürücünün nəzarətindən çıxaraq istiqamət lövhələrinin yerləşdiyi dirəyə dəyib.

 

Qəzada sürücü və yanında sərnişin kimi olan Rüveyda Gülər faciəvi şəkildə can verib.

 

Vəziyyətin xəbər verilməsi ilə hadisə yerinə 112 Təcili Xidmət, Polis və Jandarm dəstələri sövq edilib.

Загрузка...
loading...
Loading...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla