Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Ərdoğan: ABŞ komandanlığı hələ Osmanlı şapalağı görməyib

Media24.az      14 Fevral , 10:45
Ərdoğan: ABŞ komandanlığı hələ Osmanlı şapalağı görməyib

ABŞ komandanlığı hələ Osmanlı şapalağı görməyib.

 

Media24.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanat verib.

 

Ərdoğan Türkiyə kimi, ABŞ-ın da NATO nizamnaməsinin tələblərinə əməl etməli olduğunu bildirib.

 

“Bütün NATO ölkələri və ABŞ bərabər hüquqlara malikdir. Tezliklə ABŞ dövlət katibi bura gələcək və onunla danışacağıq”, – deyə Türkiyə lideri qeyd edib.

 

Türkiyə Silahlı Qüvvələrinin Mənbicdə kürdlərə qarşı hərbi əməliyyatlar başlayacağı təqdirdə sərt əks-hücumla qarşılaşacaqları ilə bağlı ABŞ hərbi komandanlığının bəyanatını şərh edən zaman Ərdoğan bu sözləri deyib.

 

“Sərt əks-hücum barədə danışanlar, sadəcə, həyatlarında heç vaxt Osmanlı şapalağı  görməyib”.

 

Qeyd edək ki, Türkiyə prezidenti öz çıxışlarında dəfələrlə Türkiyə ordusunun Mənbicə daxil olacağı və onu terrorçulardan təmizləməyə hazırlaşdığı barədə danışıb. ABŞ hərbi komandanlığı belə olacağı təqdirdə, Türkiyənin sərt əks-hücumla üzləşəcəyini bildirib.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla