Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Yol polisi Astarada reyd keçirib

Media24.az      14 Fevral , 00:05

Astara rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən istismar müddəti bitmiş və texniki cəhətdən nasaz idarə olunan nəqliyyat vasitələrinə qarşı reyd keçirilib.

 

Media24.Az APA-ya istinadən xəbər verir ki, reyd əsasən rayonun Siyəkü və Vaqo kənd yollarında, eyni zamanda Ələt-Astara avtomobil yolunun 219-cu km-də baş tutub.

 

Bir neçə saat davam edən yoxlamalar zamanı 50-ə yaxın sürücü məsuliyyətə cəlb edilib.

 

Reyddə texniki cəhətdən nasaz, əlavə avadanlıqlar quraşdıran, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən sürücülər müəyyən olunaraq barələrində tədbir görülüb. Avtomobilləri isə cərimə meydançasına aparılıb.

 

Yollarda sürücülərin və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə keçirilən bu kimi reydlər bundan sonra da davam etdiriləcək.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla