Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Alimlər elmi kadrların hazırlanması prosesinə daha aktiv cəlb edilməlidir - Akif Əlizadə

Media24.az      13 Fevral , 23:30

Əhəmiyyətli elmi uğurlar qazanmış alimlərin elmi-tədqiqat işlərinə, elmi kadrların hazırlanması prosesinə daha aktiv cəlb edilməsi vacibdir.

 

Media24.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

 

O, bu məqsədlə AMEA-nın elmi bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar da verib.

 

Akademik qeyd edib ki, dərslik və dərs vəsaitlərinin mükəmməlliyi, elmi biliklərin tədris ədəbiyyatında lazımi şəkildə yer alması üçün Akademiyanın alim və mütəxəssislərinin gələcəkdə də bu istiqamətdə fəaliyyət göstərməsi olduqca vacibdir.

 

A.Əlizadə çıxış edərək, Akademiyanın elm və təhsilin inteqrasiyası istiqamətində aktiv çalışdığını və bunun göstəricisi olaraq, AMEA-nın institutlarında müxtəlif universitetlərin 16 baza kafedrasının fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, hazırda Akademiyanın elmi müəssisələrində təşkil olunan təcrübə mərkəzlərində ali təhsil müəssisələrinin tələbələri yüksək səviyyədə praktiki biliklər əldə edirlər. AMEA prezidenti gələcəkdə elmi müəssisələrdə baza kafedralarının sayının artırılması və onların fəaliyyətinə dair normativ hüquqi bazanın yaradılması barədə tapşırıq verib.

 

AMEA rəhbəri ötən il yüksək elmi nailiyyətlər əldə etmiş bir qrup alimə "AMEA-nın professoru" elmi adının verildiyini söyləyib.

Загрузка...
loading...
Loading...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla