Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Məktəbli ürəyindən bıçaqlanaraq öldürüldü - VİDEO

Media24.az      13 Fevral , 21:35
Məktəbli ürəyindən bıçaqlanaraq öldürüldü - VİDEO

Gəncədə 17 yaşlı oğlan küçədə bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da həyatını xilas etmək olmayıb. Şirvanda isə dializ xəstəsi digər dializ xəstəsinin bıçaqla ağır yaralayıb.

 

11-ci sinif şagirdini küçədə bıçaqlayıblar.

 

Media24.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Gəncədə olub. 17 yaşlı Elnur Bağırov şəhərin Tağı Arani küçəsində ürəyindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib. Elnur Bağırovun kim tərəfindən hansı şəraitdə bıçaqlanması hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

 

Şirvanda isə sərnişin taksi sürücüsünü bıçaqlayıb.

 

Hadisə Şirvan Diaqnostika Mərkəzinin qarşısında qeydə alınıb. Sərnişin, 39 yaşlı Teymur Əliyev taksi sürücüsü, 31 yaşlı Afiq Novruzovun boğaz nahiyəsinə 2 bıçaq xəsarəti yetirib. Yaralı ağır vəziyyətdə diaqnostika mərkəzinə yerləşdirilərək əməliyyat olunub. Yaralıının çoxlu qan itirdiyi bildirilir. Hadisəni törədən Teymur Əliyev polis tərəfindən saxlanılıb.

 

Məlumata görə, onların hər ikisi dializ xəstəsi olub. Şirvan Diaqnostika mərkəzinə də dializ proseduruna birlikdə gəliblər. Avtomobildə oturarkən aralarında mübahisə baş verib. Faktla bağlı Şirvan prokurorluğunda cinayət işi açılıb.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla