Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı

Media24.az      13 Fevral , 18:55

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi sərəncamlarının ləğv edilməsi haqqında sərəncam imzalayıb.

 

Media24.Az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

 

Sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

 

1. “Yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli 1394 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 282) ləğv edilsin.

 

2. “Yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 sentyabr tarixli 1683 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 9, maddə 784) ləğv edilsin.

 

3. “Yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 1847 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1106) ləğv edilsin.

 

4. “Yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli 1896 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 19) ləğv edilsin.

 

5. “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 2578 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1297) ləğv edilsin.

 

6. “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3006 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 767) ləğv edilsin.

 

7. “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 31 avqust tarixli 1077 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 752; 2013, № 8, maddə 976) ləğv edilsin.

 

8. “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 avqust tarixli 3096 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 976; 2016, № 1, maddə 114) ləğv edilsin.

 

9. “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 yanvar tarixli 1704 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 114, № 9, maddə 1464) ləğv edilsin”.

 

***

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli 1413 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli 1413 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 342; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384, № 9, maddə 1464) ilə təsdiq edilmiş “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın 3.1.2-ci yarımbəndi ləğv edilsin”.

 

***

 

Prezident İlham Əliyev “Şəhər elektrik nəqliyyatının sürücülərinə pensiyaya vaxtından tez çıxmaq hüququ verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 11 noyabr tarixli 448 nömrəli Fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.

 

Fərmanda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

 

“Şəhər elektrik nəqliyyatının sürücülərinə pensiyaya vaxtından tez çıxmaq hüququ verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 11 noyabr tarixli 448 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991, № 21-22, maddə 398) ləğv edilsin”.

Загрузка...
loading...
Loading...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla