Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Nazir söz verdi: “Korrupsiyanın kökü kəsiləcək”

Media24.az      13 Fevral , 15:50

"Vergi orqanlarında korrupsiyanın kökünün tam kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik. Sıralarımızın təmizlənməsinə artıq başlanılıb, bu proses davam edəcək".

 

Media24.Az azvision.az-a istinadən  xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, aşkarlanan bütün neqativ hallarla bağlı qəti tədbirlər görüləcək, heç kəsə güzəşt edilməyəcək. Himayədarlıq faktları xüsusi nəzarətə götürüləcək.

 

"Vergi orqanlarının səlahiyyət və məsuliyyət dairəsi yenidən müəyyənləşdiriləcək. Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verilməməsi üçün bütün mübahisəli hallar mütləq qaydada vergiödəyicisinin iştirakı ilə araşdırılacaq. Apellyasiya Şurasının fəaliyyəti aktivləşdiriləcək, vergi administrasiyası açıq və şəffaf çalışacaq"- vergilər naziri çıxışında deyib.

Загрузка...
loading...
Loading...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla