Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Toyuna 4 gün qalanda nişanlısını öldürən qız - Hakim qərar verdi

Media24.az      13 Fevral , 14:41

Türkiyədə toyuna 4 gün qala mübahisə etdiyi nişanlısını öldürən qız hakim qarşısına çıxarılıb.

 

Media24.Az  metbuat.az-a istinadən xəbər verir ki, 8 ay əvvəl mübahisə etdiyi nişanlısı Əli Ayberk Kahvecini tək bıçaq zərbəsiylə öldürdüyü iddia edilən Ayşenur Yılmazın "Haqsız təhrik altında qəsdən öldürmək" cinayətindən 18 ilə qədər həbs tələbi ilə mühakimə olunmasına başlanıb.

 

Məhbus müqəssir Ayşenur Yılmaz, "Mən Əli Ayberki çox sevirdim. Xəyallarımız vardı. Öldürmək kimi bir məqsədim yox idi" deyib.

 

Bakırköy 16-ci Ağır Cəza Məhkəməsində baxılan məhkəmə iclasında məhbus müqəssir Ayşenur Yılmaz və vəkilləri iştirak edib. Müttəhim Ayşenur Yılmaz, Əli Ayberk ilə 1,5 ildir nişanlı olduğunu söyləyərək "Nikahımıza 4 gün qalmışdı. Evimizi yerləşdirmişdik. Hadisə günü də telefonda danışarkən mənə çığırdı. Niyə telefonu açmırsan, baxmırsan - dedi. Məndə sakit olmasını istədim. Mənə dəfələrlə ağır söyüşlər söydü. Mən də telefonu bağladım. Daha sonra zəng elədi. Ancaq telefonu açmadım. Evdə yalnız əmioğlum F.A. Vardı. Əli evə gəldi. Mənə hücum edib məni döydü. Əmioğlum F.A. Araya girməyə çalışdı, amma bacarmadı. Mən o arada mətbəxə doğru qaçdım. Burada tozsoranın çubuğu ilə başıma doğru vurarkən əlimi qaldırıb mane oldum. Üzərimə doğru gəlməyə davam etdi. Mən də bu sırada mətbəx stolu üzərində olan bıçağı əlimə aldım. Ancaq bu bıçağı sağa, sola yelləmədim. Əli Ayberkdən soruşdum ki, "məni öldürəcəksən?" Mənim üzərimə çullandığı zaman bıçaq ona batıb, mən bunu hiss etməmişəm. O, bıçağın batdığını söyləyəndə hər şeyi başa düşdüm" deyib.

 

İddianamədə şübhəli Ayşenur Yılmazın "Haqsız təhrik altında qəsdən öldürmək" cinayətindən 12 ildən 18 ilə qədər, həbssiz şübhəli F.A.nın isə "Cinayət dəlillərini məhv etmə, gizlətmə və ya dəyişdirmə" cinayətindən 6 aydan 5 ilə qədər həbs cəzası çəkməsi tələb olunur.

Загрузка...
loading...
Loading...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla