Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Pulsuz internet dövrü başlayır - Bütün dünyada

Media24.az      13 Fevral , 13:44
Pulsuz internet dövrü başlayır - Bütün dünyada

Elon Maskın şəxsi aerokosmik şirkəti "SpaceX" Amerikanın Federal Kommisiyasından bütün planeti Vay-Fay sistemi ilə təmin edəcək peyklər qrupunun işə salınması ilə əlaqədar icazə istəyib.

 

Publika.az xəbər verir ki, "Auternet" internet layihəsi yenidən gündəmə gəlib. Layihə çərçivəsində orbitə buraxılan 4425 peyk bütün Yer kürəsində yaşayan insanların 1Qbit/s sürətlə simsiz internetə girişini təmin edəcək. İlkin mərhələdə orbitə yalnız 800 peykin buraxılması nəzərdə tutulur. Bu isə bütünlükdə ABŞ ərazisini internetlə təmin etməyə kifayət edəcək. Şəbəkəyə heç bir şifrə tələbi olmadan giriş etmək olacaq.

 

Xatırladaq ki, sözügedən "Auternet" internet sistemi öz fəaliyyətinə hələ 2015-ci ildən başlamalı idi. Bütün planeti daimi və simsiz, etibarlı internet çıxışı ilə təmin etmək ideyası çoxdan olsa da, təklif dünən irəli sürülüb. Yaradılmış "Auternet" simsiz internet layihəsi çərçivəsində şəbəkəyə giriş bütün istifadəçilər üçün tamamilə pulsuz olacaq. Layihənin reallaşdırmasını ilk olaraq "Media Development Investment Fund" qeyri-kommersiya təşkilatı öhtəsinə götürsə də, test peyklərinin buraxılışında yaranan müəyyən problemlərdən dolayı özünü doğrultmadı. Hazırda isə Elon Mask bu layihənin gerçəkləşdirilməsini öz üzərinə götürüb.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla