Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Nazir: "Azərbaycanın vergi sistemində şəffaflıq təmin olunacaq"

Media24.az      13 Fevral , 13:33

Azərbaycanın vergi sistemində şəffaflıq təmin olunacaq.

 

Media24.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda vergilər naziri Mikayıl Cabbarov deyib.

 

Nazir qeyd edib ki, bu sahədə artıq geniş miqyaslı iş aparılır: "Artıq biz vergi orqanlarında strukturun və idarəetmə prinsiplərinin yenidən təşkilinə başlamışıq. Hazırda qarşıda duran vəzifələrə cavab verə biləcək yeni, dinamik və müasir idarəetmə prinsiplərinə söykənən vergi administrasiyasının formalaşdırılmasına başlanıb".

 

M.Cabbarov onu da qeyd edib ki, vergi orqanlarında korrupsiyanın tam qarşısının alınması üçün bütün resursları səfərbər olunacaq: "Öz sıralarımızın təmizlənməsinə artıq başlanılıb, bu proses davam edəcək, aşkar olunan bütün hallarla bağlı qəti tədbirlər görüləcək, bu mənada heç kəsə güzəşt edilməyəcək. Himayədarlıq faktları xüsusi nəzarətə götürüləcək, buna hələ də yol verənlər bilməlidir ki, vergi ödəyicilərinin məsuliyyətə cəlb edilməsi müddətinin keçməsi vergi işçilərinin cinayət hərəkətlərinə şamil edilmir".

Загрузка...
loading...
Loading...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla