Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Tanınmış aparıcının anası fəryad etdi: "Oğlum son sözünü deyə bilmədi"

Media24.az      13 Fevral , 12:40

Dünən səhər saatlarında qəfildən dünyasını dəyişən tanınmış aparıcı Kamran İsrafilovla Mərdəkandakı evində vida mərasimi keçirilir.

 

Media24.Az xəbər verir ki, yenicag.az-ın əməkdaşı dəfn mərasimində iştirak edir. Tanınmış sənət adamları da dəfn mərasiminə qatılıb.

 

Mərhum saat 15:00-da torpağa tapşırılacaq. Aparıcının anası oğlu ilə bağlı bu sözləri deyib:

 

“Oğlum əlimdən qəfil getdi, son sözünü deyə bilmədi”.

 

Aparıcının ailəsi çəkilişə icazə verməyib. Buna səbəb, Kamranla bağlı mediada yayılan yalnış məlumatlar olub. Belə ki, mərhum aparıcının ürəyinin xəstə olması və uzun müddət müalicə alması ilə bağlı xəbərlər yayılıb. Ailəsi buna etiraz edərək, onun heç vaxt ürəyindən müalicə almadığını və qəfil öldüyünü deyib.

 

Qeyd edək ki, Kamran İsrafilov Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri idi. “İTV” telekanalında uşaq və digər verilişlərin aparıcısı olub. 2016-cı ildən Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri təyin edilib.

Загрузка...
loading...
Loading...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla