Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

İşdən qovulan müstəntiq ifadə verdi: “Yol polisləri dedi, sürücü yoxdur”

Media24.az      13 Fevral , 12:30
İşdən qovulan müstəntiq ifadə verdi: “Yol polisləri dedi, sürücü yoxdur”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun məhkəməsi keçirilib.

 

Media24.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovun icraatında olan prosesdə müstəntiq Vüqar Abbasov şahid qismində ifadə verib.

 

İlk başda bu iş V.Abbasovun icraatında olub. O isə qəzanı R.Rəhimovun törətdiyini bilsə də, işi başqa istiqamətdə aparıb və qəzanı ailənin sürücüsü Əmrulla Şahbazovun törətdiyinə dair ifadələr alıb. Daha sonra buna görə vəzifəsindən qovulub.

 

O, məhkəmədə ifadə verərək deyib ki, məlumat daxil olan kimi hadisə yerinə gedib: "Mən ora çatanda maşının nömrəsi üstündə yox idi, baqajdan çıxdı. Yol polislərindən soruşdum, dedilər sürücü yoxdur.

 

Şahidlər qəzanı cavan uşağın törətdiyini dedilər. Həmin cavan oğlanı tapa bilmədik. Polislər mənə yaxınlaşıb qəzanı törədən şəxsin burada olduğunu dedi. Maşınlara, ətrafa baxdıq, Rəhim ortalıqda yox idi. Meyiti morqa aparıb oradan idarəyə getdim.

 

Sonra Əmrulla adlı biri gəlib hadisəni özünün törətdiyini dedi. Orada Əmrullanı dindirdim və yalan danışdığını bildim. Dərhal cinayət işi açdım. Araşdırma zamanı Rəhim özü cinayəti etiraf etdi".

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla