Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Əri döydüyü üçün evdən qaçan bir ayın gəlini gecə saatlarında elə vəziyyətdə tapıldı ki... - VİDEO

Media24.az      13 Fevral , 11:56
Əri döydüyü üçün evdən qaçan bir ayın gəlini gecə saatlarında elə vəziyyətdə tapıldı ki... - VİDEO

Yanvarın 25-də həyat yoldaşının evindən qaçan, bir ayın gəlini olmuş Nərmin tapılıb.

 

Media24.Az goldnews.az-a istinadən xəbər verir ki, Nərmin evdən qaçdığı müddət ərzində tanımadığı insanların evində qaldığını və qısa fasilələrlə müxtəlif kafelərdə çalışdığını bildirib. O, sosial şəbəkədə tanış olduğu bir qızın dəvəti ilə işləmək üçün Qubaya gedərəkən yolda, ATV telekanalının əməkdaşları tərəfindən saxlanılaraq ailəsinə təhvil verilib. Gəlinin sözlərinə görə, həyat yoldaşı və qayınanası tərəfindən dəfələrlə döyüldüyü üçün evdən qaçıb.

 

Qeyd: Xəbərin ilk hissəsi bu linkdə

 

ATV telekanalında yayımlanan "Bizimləsən" verilişi onun işlədiyi məkanlara baş çəkib. Verlişin hüquqşünası bu cür yerlərin əksəriyyətinin əxlaqsızlıq yuvaları olduğunu bildirib.

 

Xatrıladaq ki, ötən gün ATV telekanalında yayımlanan "Bizimləsən" verilişinə müraciət edən qadının qayınanası və həyat yoldaşı aldıqları xəbərdən şok keçiriblər. Belə ki, efirə zəng edən Ceyhun adlı şəxs Nərminin bu yaxınlarda onunla görüşdüyünü və hazırda kafedə çalışdığını bilidirib.

 

"İki ay bundan əvvəl Nərminlə odnoklasnikdə tanış olduq. Mənə subay olduğunu, lakin zorla bibisi oğluna nişanlandığını bildirdi. Söylədi ki, evdən qaçmaq istəyir. Bir müddət əvvəl mənə zəng etdi və Sumqayıtda olduğunu, mənimlə görüşmək istədiyini bildirdi. Biz görüşdük. Damarlarını kəsmişdi. Söylədi ki, onu işlədiyi kafedə işdən çıxarıblar. Məndən kömək istədi, mən də yardımçı oldum".

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla