Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

BMAM-da görüş keçirilib - FOTO

Media24.az      13 Fevral , 11:51
BMAM-da görüş keçirilib - FOTO

Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Misir Mədəniyyət Mərkəzinin müdiri Ahmed Sami Elaydi Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin qonağı olub.

 

Bu barədə Media24.Az-a BMAM Mətbuat Katibi Aysel Abbasova məlumat verib.

 

Mərkəzin sədri, Prezident yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Rufiz Qonaqovla görüşdə iki dost ölkə, Misir və Azərbaycan arasında beynəlxalq və mədəniyyət sahəsində əlaqələrdən söhbət açılıb. BMAM-nin fəaliyyəti və gördüyü işlər barəsində qonağa məlumat verən Rufiz Qonaqov Misir Mədəniyyət Mərkəzi ilə birgə müxtəlif tədbirlərin həyata keçirilməsi istiqamətində əməkdaşlığın vacibliyini vurğulanıb. Öz növbəsində görüşdən məmnunluğunu ifadə edən Misirli diplomat Mədəniyyət Mərkəzinin fəaliyyət istiqamətləri barəsində geniş söhbət açaraq,  Misir Respublikasında fəaliyyət göstərən Qeyri Hökümət Təşkilatları ilə Azərbaycandakı Vətəndaş Cəmiyyətləri arasında birgə fəaliyyətin daha da genişləndirilməsinin iki ölkə arasında əlaqələrə müsbət təsir göstərəciyini diqqətə çatdırıb. Görüşün sonunda Misir Mədəniyyət Mərkəzinin müdiri Ahmed Sami Elaydi BMAM-nin kollektivini Misir Mədəniyyət Mərkəzini ziyarət etməyə dəvət edib.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla