Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Deputatlar bu gün toplaşır

Media24.az      13 Fevral , 09:09
Deputatlar bu gün toplaşır

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

 

Media24.Az Trend-ə istinadən xəbər verir ki, iclasda, ilk öncə, "Konstitusiya Məhkəməsi haqqında" qanuna dəyişiklik edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakim təyin edilməsi məsələsinə baxacaq.

 

Daha sonra deputatlar "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi, "Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında" sazişin təsdiq edilməsi, "Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Hökuməti arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları haqqında" sazişin təsdiq edilməsi, o cümlədən "Energetika haqqında", "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında" və digər qanunlara dəyişiklik edilməsi barədə məsələlərə baxacaq.

 

Ümumilikdə iclasın gündəliyinə 19 məsələ daxildir.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla