Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Bu ultrabənövşəyi lampalar QRİPİ MƏHV EDİR

Media24.az      12 Fevral , 17:25

Alimlər tərəfindən qripi məhv edən zərərsiz ultrabənövşəyi lampa hazırlanıb. Bu gün xəstəxana və laboratoriyalarda mikrobları məhv etmək məqsədi İlə ultrabənövşəyi şüalardan istifadə olunur. Lakin bu metod insan sağlamlığı üçün təhlükə yarada bilər. Ailem.az bildirir ki, amerikalı fiziklər artıq müəyyənləşdiriblər ki, ultrabənövşəyi dalğaları qısaltdıqda insana zərər yetirmədən mikrobları məhv etmək mümkündür.

 

Belə ki, ABŞ-ın Nyu-York şəhərində yerləşən Kolumbiya Universitetinin Tibb Mərkəzinin fizikaçı alimi Devid Brennerin rəhbərliyi altında bir qrup tədqiqatçı tərəfindən dörd il ərzində qısa ultrabənövşəyi dalğalar öyrənilib. Alimlərin qənaətinə əsasən, bu cür dalğalar insanın gözünün buynuzlu qişasına və dərisinə heç bir zərər vermədən mikrobları öldürür. Hətta müəyyənləşdirilib ki, daha qısa ultrabənövşəyi dalğaları insanların çox olduğu yerlərdə də istifadə etmək olar.

 

Beləliklə, Brennerin rəhbərlik etdiyi bir  qrup alim tərəfindən insan sağlamlığı üçün təhlükəsiz olan ultrabənövşəyi lampa hazırlanıb.

Загрузка...
loading...
Loading...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla