Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Təyyarə qəzasında ölən azərbaycanlı biznesmenin meyiti bu gün Yevlaxa gətiriləcək

Media24.az      12 Fevral , 14:11

Rusiyada baş verən təyyarə qəzasında ölən azərbaycanlı biznesmenin meyiti bu gün Azərbaycana gətiriləcək.

 

Media24.Az report-a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı olan Namiq İnayət oğlu Qəhrəmanov doğulduğu Yevlax rayonda dəfn olunacağı gözlənilir. 

 

Məlumata görə, 1971-ci il təvəllüdlü Namiq İnayət oğlu Qəhrəmanov uşaq vaxtlarından Rusiyaya gedib. Onun Orsk şəhərində tikiş sexi olub. Məlumata görə, N.Qəhrəmanov sexi rusiyalı qadın biznesmenlə şərkinə işlədirmiş.

 

Qeyd edək ki, "Saratov airlines" şirkətinə məxsus "An-148" təyyarəsi fevralın 11-də "Domodedovo" aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub, onların hamısı ölüb. Ölənlərdən biri Azərbaycan vətəndaşı Namiq Qəhrəmanovdur.

Загрузка...
loading...
Loading...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla