Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Manatın kəskin ucuzlaşması... -Baş bankir

Media24.az      12 Fevral , 13:13

Azərbaycanda ABŞ dollarının məzənnəsinin uzun müddətdir ki, 1,7001 AZN/USD səviyyəsində qalması Azərbaycan Mərkəzi Bankının (AMB) “üzən məzənnə” rejimindən imtina etməsi demək deyil.

 

Report xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov deyib.

 

“AMB valyuta bazarına əhəmiyyətli dərəcədə müdaxilə etmir. Bununla belə, əhalinin və iş adamlarının marağını nəzərə alaraq, manatın kəskin ucuzlaşması və yaxud bahalaşmasını istəmirik. Odur ki, məzənnə siyasətində “üzən məzənnə” rejiminin tərkib hissəsi olan “aralıq rejim” tətbiq edilir. Tənzimləyici qurum az volatilli sabit məzənnə, ucuz pul və aşağı səviyyəli inflyasiyanı qarşıya hədəf qoyub və bunların üçü də eyni dərəcəcə vacibdir. Qurumun valyuta ehtiyatlarının artması isə bankların ona olan borclarını qaytarması ilə bağlıdır. Hazırda AMB valyuta hərraclarında dollar alıb-satmır”, - deyə baş bankir əlavə edib.

Загрузка...
loading...
Loading...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla