Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Bakıda 500 manata tapança... - FOTO

Media24.az      12 Fevral , 10:37

Bakıda 500 manata "Naqan" markalı tapança satmaq istəyən şəxs polislər tərəfindən saxlanılıb.

 

DİN-dən Media24.Az-a verilən məlumata görə, Bakının Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsinə rayon ərazisində Ceyhun adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması və satmaq istəməsi barədə məlumat daxil olub.

 

Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs - Oğuz rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Kuhi saxlanılıb. Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman içərisində patronlar olan "Naqan" markalı tapança aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silahı Oğuz rayonundan Bakıya 500 manata satmaq məqsədi ilə yaşadığı gətirdiyini bildirib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bölmədə toplanan material araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.

 

 

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla