Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

İnsanların ən çox gördüyü 5 YUXU

Media24.az      12 Fevral , 18:47

Avstraliyalı psixoloqlar 30 illik peşə fəaliyyəti illərində analiz etdikləri 100 min yuxu içərisində ən çox görülən yuxuların siyahısını tərtib ediblər. Bu yuxular içərisində xüsusilə bir neçəsi tez-tez görülür.

 

Media24.Az tez-tez görülən ən maraqlı 5 yuxunun siyahısını təqdim edir:

 

1. Tualetdə olmaq

 

Bu yuxunu görənlər, xüsusilə bayram axşamı ilə əlaqədar sirləri olan şəxslərdir. Deyilməsi gərəkən sözləri deyə bilməyən insanlar gecə yatarkən yuxuda tualet görə bilirlər. Bir başqa analiz isə bayram axşamı kifayət qədər çox içki qəbul etməyiniz ola bilər.

 

2. Yüksəkdən yıxılmaq

 

Tez-tez yüksəklikdən yıxıldığınızı görürsüzsə, siz olduqca əsəbi insansız. Əksər hallarda, psixoloqlar qeyd edir ki, bu cür yuxuları cəmiyyət içərisində özlərinə idarəetməni itirənlər görür.

 

3. Yuxuda çılpaq olmaq

 

Özünü həyatda köməksiz, qorunmasız hiss edən insanların gördüyü yuxu hesab olunur.

 

4. İntim münasibətdə olmaq

 

20-30 yaş aralığında olan insanların (xüsusilə kişilərin) tez-tez gördüyü yuxulardan biri də budur. Xəyalındakı qadın obrazına sarılan şəxslər yuxuda xəyal etdikləri münasibəti yaşayırlar.

 

5. Yuxuda dalaşmaq, qəza törətmək

 

Bu cür yuxu görən insanların şüuraltı yaddaşının güclü olduğu deyilir. Bu yuxu o insanların xarakterli olmasına işarədir. Onların problemləri həll etmək məqsədilə hadisələri təkrar-təkrar düşündükləri deyilir. 

 

Mənbə: publika.az

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla