Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Bakıda içərisində sərnişinlər olan avtobus yandı - VİDEO

Media24.az      11 Fevral , 22:49

Bakıda avtobus yanıb. Hadisə bu gün səhər saatlarında metronun koroğlu stansiyası yaxınlığında yerləşən nəqliyyat mübadilə mərkəzində baş verib.

 

Pirşağı-Koroğlu metro stansiyası istiqamətində işləyən 173 saylı sərnişin avtobusunun mühərrik hissəsi qəfil yanmağa başlayıb. Dərhal sərnişinlər avtobusdan düşürülüb. Əraziyə yanğın söndürən çağırılıb, yanğın qısa zaman ərzində söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

 

Bu xətdə işləyən sürücülər avtobusların hər gün yoxlanıldığını bildirirlər.

 

Sərnişinlər isə həmin avtobusların yeniləri ilə əvəzlənməsi istəyirlər

 

Yanan avtobusla bağı Bakı Nəqliyyat Agentliyi də açıqlama yayıb. Açıqlamada bildirilir ki, sözügedən avtobus "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi''nin tabeliyindədir. Həmin müəssisə istehsalat bazasına malik olmasına baxmayaraq nəqliyyat vasitələri sərnişindaşıma tələblərinə cavab vermir. Həmçinin bazada avtobusların təmiri düzgün aparılmır. Agentlik tərəfindən edilən xəbərdarlığa baxmayaraq, müəssisə tərəfindən avtobuslar əsaslı təmir edilərək saz vəziyyətə gətirilmir.

 

"3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsə"dən isə bildirildi ki, avtobuslar gündəlik yoxlanıldıqdan sonra xəttə buraxılır. Yanğın söndürüldükdən sonra avtobus təmir edilməsi üçün qaraja gətirilib. 173 saylı avtobuslar ən qısa zamanda xaricdən yeni gətiriləcək müasir tələblərə cavab verən avtobuslarla əvəz ediləcək. 

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla