Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Tələbənin ölümünə səbəb olan qəzadan GÖRÜNTÜLƏR - VİDEO

Media24.az      10 Fevral , 13:59

Astaranın Şahağacı kəndində tələbənin ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Media24.Az ARB TV-ə istinadən xəbər verir ki,"Mitsubishi-Pajero" markalı avtomobil hərəkətdə olarkən qarşısına uşaq çıxıb. Sürücü avtomobili yolun kənarındakı maneəyə çırpıb. Bu səbəbdən sürücü maneədən yayınmaq istəyib. Onun kənara çəkdiyi nəqliyyat vasitəsi dirəyə çırpılıb.

 

Nəticədə sərnişinlər 18 yaşlı Sahil Rüstəmov və onun həmyaşıdı Ağamoğlan Cabbarov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Hər iki yaralı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, Sahil Rüstəmovun həyatını xilas etmək mümkün olmayıb. Ağamoğlan Cabbarovun vəziyyəti isə ağırdır.

 

Qeyd edək ki, Sahil Rüstəmov evin tək oğul övladı olub. Onun Bakıda yerləşən universitetlərdən birinin tələbəsi olduğu bildirilir.

Загрузка...
loading...
Loading...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla