Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

DTX və DİN Ağdamda əməliyyat keçirdi: silah-sursat götürüldü

Media24.az      10 Fevral , 12:16

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyindən Media24.Az-a verilən məlumata əsasən, fevralın 9-da bu istiqamətdə keçirilən tədbirlər nəticəsində xeyli silah-sursat aşkar edilərək götürülüb.

 

Belə ki, əldə edilən məlumat əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Birinci Yüzbaşlı kənd sakini Polad Zeynalova məxsus həyətyanı sahəyə baxış keçirilib. Bu zaman oradan 2 ədəd - "İJ" və "TOZ-8" markalı tüfənglər, 1 ədəd "Naqan" markalı tapança, 2 ədəd "F-1" qumbarası, 1 ədəd mərmi, 3 ədəd avtomat patron darağı və 18 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

 

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Alpout kənd sakini Elvin Ələsgərovdan müvafiq sənədləri olmayan "İJ-54" markalı ov tüfəngi götürülüb.

 

Polis əməkdaşları tərəfindən əhali arasında aparılan profilaktiki və hüquqi maarifləndirmə tədbirləri öz təsirini göstərir. Belə tədbirlərin nəticəsidir ki, ötən gün Bakı şəhər sakini Rüstəm Məmmədov "Makarov" markalı tapançanı və 13 ədəd patronu Xəzər RPİ-yə, Nardaran qəsəbə sakini Sabir Babayev müvafiq sənədləri olmayan "İJ-12" markalı ov tüfəngini könüllü olaraq Sabunçu RPİ 42-ci Polis Bölməsinə təhvil veriblər.

Загрузка...
loading...
Loading...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla