Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Qış Olimpiya Oyunları başlandı - FOTO

Media24.az      10 Fevral , 10:20

Cənubi Koreyanın Pxençxan şəhərində XXIII Qış Olimpiya Oyunlarının Açılış mərasimi keçirilib.

 

Media24.Az report-a istinadən xəbər verir ki, tədbir Pxençxan Olimpiya Stadionunda təşkil olunub.

 

Məxsusi olaraq, Oyunlar üçün salınmış bu arena olimpiadanın bağlanışından sonra söküləcək.

 

Sülh və birliyi simvolizə edən Olimpiya məşəli 101 günlük estafetdən sonra stadiona gətirilib. Estafet 7500 nəfərin iştirak ilə "Qoy, hamı parlasın" şüarı altında ölkə ərazisində 2018 km-i əhatə edib. Stadionda isə məşəli cənubi koreyalı fiqurlu konkisürən, olimpiya və ikiqat dünya çempionu Kim Yon A yandırıb.

 

Açılış mərasimində 2 minədək insan çalışıb. 5 uşağın aparıcılıq etdiyi tədbirin əsas ideyası dünyada sülhə can atmaqdan ibarət olub.

 

Ölkələrin keçidi zamanı Azərbaycanın bayraqdarı ölkənin yeganə təmsilçisi, dağ xizəkçisi Patrik Braxner olub. Rusiya idmançıları olimpiya bayrağı altında keçid ediblər. Buna səbəb Beynəlxalq Olimpiya Komitəsinin Rusiyaya tətbiq etdiyi sanksiyadır. Cənubi və Şimali Koreya idmançıları isə tamaşaçılar önündən yarımadanın görüntüsünü əks etdirən bayraq altında keçiblər.

 

Qeyd edək ki, fevralın 25-dək davam edəcək Oyunlarda 102 dəst medal sahibini tapacaq.

Загрузка...
loading...
Loading...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla