Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Biznes inkubatorların fəaliyyətinin əlaqələndirilməsi üzrə komissiyanın iclası keçirilib

Media24.az      9 Fevral , 17:49

“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair” Strateji Yol Xəritəsi üzrə nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq, biznes inkubatorların fəaliyyətinin əlaqələndirilməsi üzrə aidiyyəti dövlət qurumlarının və biznes inkubatorların idarəedicilərinin iştirakı ilə İqtisadiyyat Nazirliyində yaradılmış əlaqələndirici komissiyanın iclası keçirilib.

 

Bu barədə Media24.Az-a Nazirliyin Mətbuat Xidmətindən bildirilib.

 

İclasda biznes inkubatorların inkişafının dəstəklənməsi istiqamətində nəzərdə tutulan tədbirlərin icrası, ölkədə fəaliyyət göstərən biznes inkubatorları əhatə edən  elektron məlumat bazasının yaradılması, onların qarşılıqlı fəaliyyətinin təşkili məsələləri üzrə müzakirələr aparılıb.

 

Müzakirələrin nəticəsi olaraq, müvafiq Tədbirlər Planının hazırlanması məqsədəuyğun hesab edilib.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla