Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Balaca gimnastımız Mina Abbasovanın böyük qələbəsi - FOTOLAR

Media24.az      9 Fevral , 17:39

Valideynlərinin işi ilə əlaqədar müvəqqəti olaraq Macarıstanın Budapeşt şəhərində yaşayan, hələ çox kiçik yaşlarından iştirak etdiyi bütün beynəlxalq yarışlarda parlaq çıxışı ilə fərqlənən Mina Abbasova bu dəfə Polşanın Sosnovets şəhərində keçirilən beynəlxalq gimnastika turnirində 400-dən çox həmyaşıdı arasında ən yüksək nəticə göstərərək qaliblər kürsüsündə 2-ci olub. Dünyanın 20-dən çox dövlətinin, o cümlədən, Almaniya, Çexiya, Belarusiya, Ukrayna, Polşa, Rusiya, Slovakiya, Sloveniya, Misir və başqa ölkələrin iştirak etdiyi bu turnirdə Minanın təmsil etdiyi Macarıstan və Ukrayna gimnastları daha çox fərqləniblər.

 

İdmanın bu növündə ilk böyük qələbəsini çox gözləmədən - cəmi 6 aylıq məşqlərdən sonra qazanan balaca gimnast hələ 5 yaşında ikən Macarıstanda keçirilən ənənəvi Bədii gimnasnika üzrə Beynəlxalq “Bahar kuboku-2016” turnirinin qalibi olub.

 

2017-ci ildə Macarıstanın Pecs şəhərində bədii gimnastika üzrə XIII Beynəlxalq Pecs Kuboku turnirində ümumilikdə 15-dən çox ölkənin təmsilçilərinin iştirak etdiyi yarışda isə həmyerlimiz Mina Abbasova fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq turnirin qızıl medalına layiq görülüb. O, Almaniya, Xorvatiya, Çexiya, İtaliyada təşkil edilən yarışların ən yüksək pilləsinə qalxmağa nail olub.

 

 Mina Abbasova iki ildən artıq müddətdir ki, Budapeştdə fəaliyyət göstərən “Rus RG Sport” klubunda gimnastika ilə məşğul olur.

 

Bütün adları çəkilən yarışlarda Mina ailəsinin hazırda yaşadığı ölkəni – Macarıstanı təmsil etsə də, ən böyük arzusu turnirlərdə Azərbaycan himninin sədaları altında üçrəngli bayrağımızı yüksəklərə qaldırmaqdır.

Загрузка...
loading...
Loading...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla